İyun 21, 2021 17:12 Asia/Baku
  • Sionistlərin zorakılığı artıb

Fələstin hökuməti bildirib ki, qəsbkar sionist rejimin ötən həftə yeni hökumətinin təşkilindən bəri bu rejimin zorakılığı artıb və ABŞ hökuməti hücumlarını durdurması üçün həmin rejimə qarşı heç bir təzyiq göstərmir.

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi bir bəyanatda bildiribdir ki, sionist rejimin yeni nazirlər kabinetinin öz vəzifələrini icra etməsindən bəri işğalçı qüvvələr xalqımıza qarşı daha çox və daha kəskin zorakılıq tətbiq ediblər.

Nazirlik sonra vurğulayıbdır ki; sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı cinayətlərində daha çox həyasızlığın və nəzərəçarpacaq şiddətin şahidiyik. Belə ki, sanki onlar sionist rejimin yeni nazirlər kabinetinin mexanizmindən bir doza təşviqedici himayə, şücaət və qüdrət əldə ediblər.

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi sonra vurğulayıb ki, sionist rejimin yeni nazirlər kabineti indiyədək özünü fələstinlilərlə anlaşmalarını gücləndirən bir hökumət kimi göstəribdir. Amerika hökuməti və bəzi beynəlxalq tərəflər də sionist qəsəbələr salmasını və hücumlarını dayandırması istiqamətində sionist rejimin yeni nazirlər kabinetinə qarşı hər hansı təzyiqin göstərilməsindən çəkinməyə üstünlük veriblər.

Nazilrlik habelə ötən bir neçə saat ərzində qəsbkar qüvvələr ilə sionist qəsəbə sakinlərinin Qüdsdə və qərb sahilindəki hücumlarına işarə edib.

Nazirlik bu gün qərb sahilinin müxtəlif bölgələrində geniş təhrikedici yürüşlərin keçirilməsi üçün qəsəbələr şuraları adlı şuralarda elan olunmuş çağırışları kəskin tərzdə pisləyib və sionist rejimin yeni nazirlər kabinetinin sionist qəsəbə sakinlərinin terror təşkilatlarının və qəsbkar ordunun hücumlarında tam və birbaşa şəkildə məsuliyyət daşıdığını bildirib.

Teqlər