Sionist rejimin adının uşaqların hüquqlarını pozanlar siyahısına salınması vurğulanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378281-sionist_rejimin_adının_uşaqların_hüquqlarını_pozanlar_siyahısına_salınması_vurğulanıb
Fələstin muxtariyyətinin xarici işlər nazirliyi sionist rejimin adının uşaqların hüquqlarını pozanlar siyahısına salınmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2021 12:48 Asia/Baku
  • Sionist rejimin adının uşaqların hüquqlarını pozanlar siyahısına salınması vurğulanıb

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi sionist rejimin adının uşaqların hüquqlarını pozanlar siyahısına salınmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin xarici işlər nazirliyi dünya ictimaiyyətindən istəyibdir ki, Fələstin xalqını, xüsusən fələstinli uşaqları himayə üçün hərəkətə keçsin və cinayətlərinə görə işğalçı sionist rejimin məsuliyyətə cəlb olunmasına, həmçinin bu rejimin adının uşaqlara qarşı kəskin cinayətlər törədən tərəflərin qara siyahısına salınmasına səy göstərsin.

Fələstin xarici işlər nazirliyi sonra bildirib ki, tezliklə yayılacaq BMT baş katibinin hesabatında işğalçı sionist rejimin adının uşaqların hüquqlarını pozanların qara siyahısına salınmaması, qəsbkar rejimin canilərinin tərəfinin saxlanılması və onların cəzadan qaçmalarına zəmanət sayılır.