İyun 27, 2021 13:59 Asia/Baku
  • Toqquşmalarda 13 nəfər yaralanıb

Livan xalqının bu ölkənin şimalında təhlükəsizlik qüvvələrilə pərakəndə toqquşmasında on üç nəfər yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Livan ordusunun, Tripoli şəhəri ətrafındakı mövqeyini gücləndirdiyi bir halda, bir neçə naməlum şəxs dünən gecə bu şəhərdəki Əl-Təll postunun üzbəüzündə yerləşən hərbi qüvvələrə tərəf qumbara atıb. Nəticədə Livanın ümumi təhlükəsizlik kəşfiyyatı orqanından bir, kəşfiyyat orqanından da bir nəfər yaralanıbdır.

Tripoli etirazlarındakı iğtişaş həmçinin Livanın daxili təhlükəsizlik qüvvələrindən bir, ordudan da beş nəfərin yaralanmasına bais olub.

Bu toqquşmalarda beş etirazçı da yaralanıbdır ki, onlardan bəziləri Tripoloi şəhər xəstəxanasına köçürülübdür.

Tripoli şəhəri cümə günü də pərakəndə bir yürüşün şahidi olub və livanlı uşaq və gənclər öz ölkələrinin ağır iqtisadi durumuna etiraz ediblər.

Teqlər