İyul 03, 2021 12:05 Asia/Baku
  • Suriyanın resurslarının qarət edilməsi haqda Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri xəbərdarlıq edib ki, Amerika Suriyanın təbii sərvətlərini qarət etməyə son qoymalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov dünən müxbirlərlə müsahibədə bildirib ki, Amerika və bu ölkənin Suriya ərazisində qanunsuz iştirakı üçün bir bəhanə olan, sözdə, anti-terror koalisiyasındakı müttəfiqləri ilk növbədə, Suriya ərazisinin nəzərəçarpacaq hissəsini işğal və bu ölkənin təbii sərvətlərini qarət etmək deyil, bu təhdidi aradan götürməlidirlər.

Lavrov sonra bildirib ki, İŞİD-in Suriya və İraqdakı təhdidi ciddi şəkildə artmayıb.

O, vurğulayıb ki, Moskva/ Bağdad və Dəməşqin terror qruplarının yerdə qalan hissəsinin məhv edilməsi üzrə səylərini himayə edir.

Əfqanıstandakı sülh müzakirələri prosesinin uzanmasından çəkinmənin və bu ölkədə keçid dövləti barədə razılaşmanın əldə olunması zərurətinə toxunan Rusiyanın xarici işlər naziri qeyd edib ki, Rusiya bu mesajı ABŞ-Çin-Pakistan qrupu çərçivəsi də daxil olmaqla öz şəriklərinə çatdırmağa çalışacaq.

Qeyd edək ki, Moskva son həftələrdə ABŞ qüvvələrinin Əfqanıstandan çıxmalarının başlanması ilə, dəfələrlə terrorçuların bu ölkədəki fəaliyyətlərinin şiddətlənməsi və onun Mərkəzi Asiya ölkələri üçün olan təhlükəsi haqda xəbərdarlıq və Kabildə bir koalisiya dövlətinin yaradılmasına təkid edibdir.

Teqlər