İyul 04, 2021 12:37 Asia/Baku
  • İraq milli elektrik şəbəkəsinə hücumda tələfat var

İraq hökuməti xəbər verib ki, bu ölkənin çox sayda bölgəsində yerləşən elektrik şəbəkəsinə qarşı müxtəlif hücumlarda yeddi nəfər ölüb, on bir nəfər yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu hücumda İraqın mili elektrik şəbəkəsinin azı 61 əsas xətti dağılıb.

Aylardır ki, İraqda hərc-mərclik yaratmaq üçün bu ölkənin milli elektrik şəbəkəsində mütəşəkkil təxribatçılıq əməliyyatları üzərində hesab açan İŞİD terrorçuları ondan İraq xalqını təngə gətirmək üçün bir taktika kimi istifadə edirlər. Onlar bu bir neçə ay ərzində Səlahəddin, Kərkük və Diyali vilayətlərinin əksər bölmələrində işığın kəsilməsinə bais olublar.

Səlahəddin, Kərkük və Diyali kimi vilayətlərdə təhlükəsizlik qüvvələrinin iştirakından uzaq olan ucqar bölgələrdə elektrik ötürmə qüllələri əksərən İŞİD terrorçularının hücumları hədəfindədirlər.

Teqlər