"ABŞ-ın hegemonçuluğu regionun əmin-amansızlığında əsas rol oynayıb"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378764-abŞ_ın_hegemonçuluğu_regionun_əmin_amansızlığında_əsas_rol_oynayıb
Livan Hizbullahının baş katibi ABŞ-ın hegemonçuluğunun regionda əmin-amansızlığın artmasında əhəmiyyətli bir rol oynadığını bəyan edərək, sionist rejimin mövcudluğunu ABŞ-ın dəstəyinə borclu olduğunu söyləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 05, 2021 17:20 Asia/Baku

Livan Hizbullahının baş katibi ABŞ-ın hegemonçuluğunun regionda əmin-amansızlığın artmasında əhəmiyyətli bir rol oynadığını bəyan edərək, sionist rejimin mövcudluğunu ABŞ-ın dəstəyinə borclu olduğunu söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah "Fələstin qələbə çalacaq" konfransının açılış mərasimində deyib: "ABŞ-ın hegemonçuluğu, bölgədəki bütün imkanları İsrail rejiminin ixtiyarına veribdir".

"Haqq budur ki, xalqlar ABŞ-ın müdaxilələri və diktələri olmadan öz müqəddəratlarını təyin etsinlər", - deyə Livan Hizbullahının baş katibi qeyd edib.

Nəsrullah əlavə edib: "Düşmən qarşısında medianın və media diskursiyasının əhəmiyyəti çox aydındır və müqavimət mehvərinin internet saytlarının bağlanması onların effektivliyini və funksionallığını göstərdi: Hansı ki, düşməni əsəbiləşdirir və pərişan edir".