Amerika hərbçilərinin İraqdan çıxmalarına təkid
ABŞ səfirliyinin hərbi bölməsinə PUA hücumu edilib
Bəzi iraqlı mənbələr bu gün səhər saatlarında Bağdadın yaşıl rayonuna, amerikan binaların yaxınlığına qarşı hava hücumundan xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, «Sabirin Nyus» teleqram kanalı təcili bir xəbərdə yazıb ki, yaşıl rayonda yerləşən ABŞ səfirliyindəki üçüncü Əltövhid bazasında həyəcan siqnalları səsləndirilib.
ABŞ səfirliyindəki üçüncü Əltövhid bazasına güclü hücumun həyata keçirildiyini bildirən bu mənbə qeyd edib ki, «C.R.A.M.» sistemi Əltövhid bazasına qarşı güclü hücumu dəf etməyə çalışır.
«Sabirin Nyus» sonra yazıb ki, bu hücumdan sonra Amerikanın hərbi vertolyotları Bağdaddakı səfirlik kompleksinin üzərində uçmağa başlayıblar.
Belə bir halda, dünən axşam da İraqın Ələnbar vilayətində yerləşən «Əynuləsəd» hava bazası səkkiz raketlə hədəfə alnıb.
Ondan əvvəl isə «Sabirin Nyus» Diyrəzzur-da yerləşən bir qaz zavodunda amerikan koalisiyası hərbçilərinin bazasında partlayışların baş verməsindən xəbər vermişdi.
İraqda Amerikanın hərbi bölmələri və karvanlarına qarşı hücumların davam etməsi fonunda Amerika bu ölkə hərbçilərinin çıxışı ilə bağlı İraq ilə ABŞ arasında strateji danışıqları təxirə salmağa səy göstərir.
İraq xalqından və iraqlı qruplardan bir çoxu terrorçu amerikan qüvvələrin İraqdan çıxmalarını istəyirlər. İraq parlamenti də həmin qüvvələrin bu ölkədən çıxmaları barədə bir layihə qəbul edib.
İraqlı qruplar bundan öncə bildirmişdilər ki, amerikalı qüvvələri çıxarmaq üçün İraqın baş naziri Mustafa Əlkaziminin hökumətinə verilmiş möhlət bitibdir.