ABŞ-ın Ərbildəki hərbi bazası raket və PUA hücumlarına məruz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378825-abŞ_ın_Ərbildəki_hərbi_bazası_raket_və_pua_hücumlarına_məruz_qalıb
Bu gün səhər saatlarında İraqın Ərbil şəhərində ABŞ hərbçilərinin yerləşdiyi baza raket və PUA hücumlarına məruz qalıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 07, 2021 08:40 Asia/Baku
  • ABŞ-ın Ərbildəki hərbi bazası raket və PUA hücumlarına məruz qalıb

Bu gün səhər saatlarında İraqın Ərbil şəhərində ABŞ hərbçilərinin yerləşdiyi baza raket və PUA hücumlarına məruz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən,İraq medialarının bildirdiyinə görə, bu hücum 20 raket və 3 PUA ilə həyata keçirilib. ABŞ-ın hərbi bazası Ərbil şəhərinin beynəlxalq hava limanının yaxınlığında yerləşir.

Hücumdan dərhal sonra Ərbilin hava limanının hava məkanı və ona gedən yollar bağlanıb. ABŞ konsulluğunda da təhlükə siqnalları işə düşüb.

Pentaqon hücumu təsdiqləyib. Hələlik heç bir qrup hücum üçün məsuliyyəti öz üzərinə götürməyib.