ABŞ-ın Eynül-Əsəddəki bazasına 14 raket atılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378833-abŞ_ın_eynül_Əsəddəki_bazasına_14_raket_atılıb
İraq mediası ABŞ mənbələrinə istinadən, İraqın Əl-Ənbar vilayətində ABŞ hərbçilərinin yerləşdiyi Eynül-Əsəd bazasının raket hücumuna məruz qaldığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2021 15:05 Asia/Baku
  • ABŞ-ın Eynül-Əsəddəki bazasına 14 raket atılıb

İraq mediası ABŞ mənbələrinə istinadən, İraqın Əl-Ənbar vilayətində ABŞ hərbçilərinin yerləşdiyi Eynül-Əsəd bazasının raket hücumuna məruz qaldığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, beynəlxalq koalisiyanın sözçüsü, İraqın qərbindəki Eynül-Əsəd bazasının 14 raketlə hədəfə alındığını bildirib.

O, deyib: "Atılan raketlər Eynül-Əsəd bazasına və ətraf bölgələrə düşüb və müdafiə tədbirləri gücləndirilib. 

İlkin məlumatlar hücum nəticəsində üç nəfərin yaralandığını göstərir.

Məlumata görə, Eynül-Əsəd bazasının hava hücumundan müdafiə sistemi bu hücumlar qarşısında uğursuz olub və bazada alovlar və tüstü müşahidə olunur.