İyul 18, 2021 16:24 Asia/Baku
  • Yəmən
    Yəmən

Yəmənin Əlhudəydə xəstəxanasının baş həkimi səud koalisiyası tərəfindən neft məmulatları daşıyan gəmilərin saxlanılmasına görə, xəstəxananın elektrik cərəyanının kəsilməsi nəticəsində onlarla yəmənli xəstə və uşağın ölümü imkanı haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmənin mühasirədə olan Əlhudəydə əyalətinin “Əlsurə Əlam” xəstəxanasının baş həkimi Xalid Suhəyl dünən bildirib ki, elektrik cərəyanının kəsiləcəyi təqdirdə, xəstəxananın milli qan bankı mərkəzi, yanıq, uşaqlar və qadınlar palatalarının fəaliyyəti dayanacaq.

O, deyib ki, bu xəstəxanada uşaqların reanimasiya və intensiv terapiya bölməsində otuz çarpayı var və əgər elektrik cərəyanı təkcə on dəqiqə müddətinə kəsilərsə, otuz uşağın ölümü qəti olacaq.

Suhəyl bildirib ki, reanimasiya və intensiv terapiya, ürək-damar, ümumi və pediatriya bölmələrinin daimi elektrik enerjisinə ehtiyacları var, zira xəstələrin həyatlarının asılı olduqları tənəffüs aparatlarına malikdirlər.

“Əlsurə Əlam” xəstəxanasının baş həkimi vurğulayıb ki, biz 18 saat müddətinə elektrik cərəyanı istehsalı üçün xəstəxananın və təcili yardım bölməsinin generatorlarına qoşuluruq ki, bu da onlara həddindən artıq təzyiqin düşməsinə səbəb olur və hər an elektrik cərəyanının tam şəkildə kəsilməsi gözlənilir.

 

Teqlər