İyul 23, 2021 16:31 Asia/Baku
  • Suriyanın HHM sistemi
    Suriyanın HHM sistemi

Suriyada yerləşən Rusiya Barışıq Mərkəzi bildirib ki, Suriyanın hava hücumundan müdafiə sistemi sionist rejimin qırıcıları tərəfindən atılan bütün raketlərin izinə düşərək, onları məhv edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Barışıq Mərkəzinin rəis müavini Vadim Kolt deyibdir ki, sionist rejimin iki ədəd F-16 qırıcısı iyulun 22-si səhər tezdən Suriyanın Hums vilayətindəki bölgələrə dörd ədəd istiqamətləndirilən raket atıb. Bu raketlər Suriyanın hava hücumundan müdafiə sisteminin raketləri tərəfindən izlənərək, məhv edilibdir.

Bu, cari həftə ərzində sionist rejimin Suriyaya qarşı ikinci hava hücumudur.

Çərşənbə axşamı günü də informasiya qaynaqları sionist rejim qırıcılarının Hələb vilayətinə qarşı raket hücumlarından xəbər verərək, bildirdilər ki, Suriyanın hava hücumundan müdafiə sistemi sionist rejim tərəfindən atılan raketlərlə mübarizə apararaq, onlardan bir neçəsini vurubdur.

Bu hücumlardan sonra Suriya Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasından istədi ki, sionist rejimin təcavüzlərini pisləyərək, onun qarşısını almaq üçün tədbir görsün.

 

Teqlər