İyul 24, 2021 19:19 Asia/Baku
  • Nücəba:

İraqın Nücəba Hərəkatının baş katibinin müavini bu ölkənin xarici işlər nazirinin İraqın ABŞ hərbçilərinə ehtiyacı barədə dediklərini "təəssüfləndirici" adlandırıb və bunun ABŞ-ın maraqlarına xidmət etdiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın xarici işlər naziri Fuad Hüseyn Vaşinqtonda deyib: "İraqın təhlükəsizlik qüvvələri hələ də ABŞ-ın təlimlərinə, təchizatlarına və silahlarına ehtiyaclıdırlar".

İraqın "Nücəba" İslami Müqavimət Hərəkatının baş katibinin müavini Nəsr Əl-Şəmmari, Fuad Hüseynin dediklərinə qarşı çıxaraq, bu cür açıqlamaların İraqın təhlükəsizlik qüvvələrinə və onların qabiliyyətlərinə hörmətsizlik olduğunu qeyd edib. 

Əl-Şəmmari, iraqlıların hərbi qabiliyyətlərini nəzərə alaraq, ölkələrini istənilən daxili və xarici problemlərdən qoruya biləcəklərini vurğulayıb.

Bundan əvvəl İraqın "Əsaib Əhləl Haqq" Hərəkatının baş katibi Qeys Əl-Xəzəli də İraqın xarici işlər nazirinin İraq qüvvələrinin hələ də Amerikanın köməyinə ehtiyaclı olduğunu söyləməsinin çox təəssüf doğurduğunu qeyd edib.

İraqda bu reaksiyalar elə bir halda irəli sürülür ki, bu ölkənin baş naziri Mustafa Əl-Kaziminin bazar ertəsi günü Vaşinqtonda ABŞ prezidenti Co Bayden ilə görüşüb, ABŞ hərbçilərinin bu İraqdan çıxarılması ilə bağlı danışıqların tamamlanması gözlənilir; Hansı ki, hazırda İraqda ümumi bir tələbə çevrilib.

İraq parlamentinin üzvləri ABŞ əsgərlərinin İraqda varlığının davam etməsini bu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirirlər.

İraq xalqı və qruplarından bir çoxu ABŞ-ın terrorçu qüvvələrinin İraqdan çıxarılmasını istəyir və ölkə parlamenti də 2020-ci il yanvarın 5-də bu qüvvələrin İraqdan çıxarılmasına dair qarar qəbul edib.

Teqlər