ABŞ-ın Suriyadakı yeni fitnəsi uğursuz qalıb
Son zamanlar Amerika Suriyanın şərqindəki köçəri tayfaları cəzb edə bilmək üçün öz hərbi və casus ünsürlərindən bir qrupunu onların yanına göndərib.
SəhərAzəri-nin məlumatına əsasən, Lakin bu bu köçəri tayfalar həmin ünsürləri öz kəndlərindən çıxarıblar.
Suriyanın şərqində müqavimət qüvvələrinin hərəkətlərinin artması və onların terrorçu amerikan hərbçilərə qarşı əməliyyat prosesinin sürətlənməsindən sonra Vaşinqton bu qüvvələrlə bağlı təhlükə hiss edibdir.
Amerika bu nəticəyə gəlibdir ki, bu yarımhərbçilərə bel bağlamaq mütləq şəkildə uğursuzluqla nəticəlnəcək və buna görə, Suriyadakı qəbilələr və köçəri tayfaların yanına nümayəndələr göndəribdir.
Amerikanın hərbi nümayəndələri Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən olan ekspertlər və bir neçə ərəb tərcüməçi ilə yanaşı, Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətindəki bir neçə kəndə və qəsəbəyə səfər ediblər.
Amerikanın nümayəndələri bu səfərlərdə köçəri tayfaların bəzi şeyxlərilə görüşüb və bildiriblər ki, əgər bu ölkənin Suriyanın parçalanmasına dair planını qəbul edərlərsə, onlara yüksək aylıq məvacib ödəniləcək.
Amerikanın nümayəndələrini qovan köçəri tayfaların başçıları və şeyxlər Suriyaya bağlılıqlarını vurğulayıb və bildiriblər ki, Amerikanın və onun muzdlularının qəsbkarlığı ilə mübarizə üçün Suriya hökumətinin kənarında duracaqlar.
Amerika neft və qaz yataqlarının yerləşdiyi Suriyanın şərqi və şimal-şərqindən bəzi bölgələri öz işğalı altında saxlayır və özündən asılı olan kürd yarımhərbçilərin həmkarlığı ilə Suriyanın təbii sərvətlərini qarət etməyə çalışır.