İyul 26, 2021 17:51 Asia/Baku
  • Sionist rejimin PUA-sı Fələstin müqaviməti tərəfindən vurulub

Fələstin mənbələri sionist rejimə məxsus PUA-nın Qəzzə zolağında vurulduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqaviməti bazar gecəsi Qəzzə zolağında yerləşən Xan Yunisin şərqində sionist rejim ordusuna məxsusu bir pilotsuzu hədəfə alaraq, yerə salıb. 

Fələstin müqaviməti tərəfindən sionist rejimin PUA-sının məhv edilməsi əməliyyatı bu rejimin bazar gecəsi Qəzzəyə hücumları ilə eyni zamanda həyata keçirilib.

Fələstinli mənbələr bildiriblər ki, müqavimət sionist rejimin Qəzzə zolağına dünən gecəki hücumları zamanı onlara doğru atəş açıb ki, nəticədə bir pilotsuz yerə salınıb.

Bazar gecəsi sionist rejim ordusunun pilotsuz təyyarələri və qırıcıları Qəzzənin şimal-qərbində əkin sahələrini və Xan Yunisin şərqində bir müqavimət bazasını bombardman ediblər. Bu hücumların insani tələfatı olmayıb.

Sionist rejim ordusu bu hücumların Qəzzə zolağından Fələstinin işğal olunmuş ərazilərinə atılan yandırıcı şarlara və Qəzzənin yaxınlığındakı sionist sakinli qəsəbələrdə bir neçə yanğın baş verməsinə cavab olaraq həyata keçirildiyini iddia edib.

Teqlər