Avq 03, 2021 14:22 Asia/Baku
  • Benet də Netanyahunun yolunu gedir

Sionist rejimin baş naziri öz keçmiş həmkarının İran qarşısındakı siyasətlərinin uğursuz qalmasına toxunaraq, deyib ki, Təl-Əvivin öncəki nazirlər kabineti regiondakı müqavimət qruplarının minlərlə ədəd raket ehtiyat etmələrinə bais olub.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin sabiq baş naziri Benyamin Netanyahunun bu rejimin yeni nazirlər kabinetinin İran qarşısındakı siyasətlərinə qarşı tənqidləri Təl-Əvivin yeni baş naziri Naftali Benetin reaksiyası ilə üzləşib.

Benet dünən axşamçağı sionist rejim parlamenti- knessetin çox gərgin iclasında belə deyib: Məhz Netanyahunun İran qarşısında uğursuz qalmış siyasətləri Təl-əvivin yeni kabinetini hərbi büdcəni, özü də, COVID-19 pandemiyasından irəli gələn sərt iqtisadi şəraitdə artırmağa məcbur edibdir.

«Yediot Aharonot» vebsaytının yazdığına görə, Benet, Netanyahunun başçılıq etdiyi müxalif partiyaların tələbi ilə sionist rejimin yeni kabinetinə qarşı təhlükəsizlik təhdidləri barədə bəhs etmək üçün keçirilən bu iclasda iddia edib ki, İran öz nüvə proqramını sürətlə inkişaf etdirir və biz onunla mübarizə aparacağıq.

Netanyahunun kabinetinin Təl-Əvivlə müttəfiq olan ölkələrin İran qarşısındakı fikirləri ilə açıq şəkildə müxalifət etməsinə toxunan sionist rejimin baş naziri ona xitabən belə deyib: Biz nə etməli olduğumuzu bilirik. Amma İranın hərbi inkişafı ilə bir zamanda, dünyada hər bir ölkə ilə döyüşmək və qarşı-qarşıya durmaq məsuliyyətsiz bir işdir. Lakin bu, sizin bizim üçün qoyduğunuz irsdir.

Benet sonra Netanyahu hökumətinin Livanda və Qəzzə zolağındakı müqavimət qrupları ilə mübarizə üzrə hərəkətlərini tənqid edərək, iddia edib ki, Netanyahu Hizbullah müqavimət hərəkatının qəsb olunmuş Fələstinin hər bir yerinə çata bilən dəqiq raketlər ehtiyat etməsinə bais olubdur.

Netanyahu knessetin bu iclasında İranın sionist rejim üçün mövcud olan bir təhdid adlandırıb və iddia edib ki, Benetin hökuməti Təl-Əvivi təhlükəli istiqamətə yönləndirir.

Belə bir halda, sionist rejimin yeni nazirlər kabineti son aylarda işə başladığı zamandan bəri nüvə anlaşmasının bərpasının qarşısını almaq istiqamətində, anlaşmanı imzalamış ölkələrərin və Amerikanın rəsmiləri ilə görüşmək üçün Birləşmiş Ştatlara sionist rejimin məsul şəxslərini göndərməklə əlindən gələni edir.

Teqlər