S.H.Nəsrullah 33 günlük savaşın ən mühüm nailiyyətinə təkid edib
Livan Hizbullahının baş katibi dünən gecə müqavimətin otuz üç günük savaşdakı qələbəsinin on beşinci ildönümü münasibətilə etdiyi çıxışında bildirib ki, bu müharibənin ən mühüm nailiyyəti, çəkindiricilik parametrinin qəbul etdirilməsi olub.
SəhərAzəri-nin məlumatına əsasən, ötən on beş il ərzində sionist rejimin heç bir qırıcısı Livanda bir hədəfi nişan ala bilməyib- deyən Seyid Həsən Nəsrullah qeyd edib ki, sionist rejimin Livana hücumuna mane olan məsələ, müqavimət ilə böyük qarşıdurmadan olan qorxudur.
Livan Hizbullahının baş katibi bildirib ki, müqavimətin qabiliyyətləri və raketlərinin keyfiyyəti artıb. O, qeyd edib ki, müqavimət hazırda çox sayda qısa mənzilli ballistik raketə malikdir.
Sionist rejimin hava hücumlarına cavab hər bir nöqtədən həyata keçirilə bilər- deyə bu rejimi hədələyən Seyid Həsən Nəsrullah bildirib ki, düşmənin edə biləcəyi ən böyük axmaqlıq bu olardı ki, Livanla müharibəyə girmək qərarına gəlmiş olsun.
Livan Hizbullahının baş katibi qeyd edib ki, bu gün sionist düşmən öz mövcudluğu ilə bağlı hər zamandakından daha çox nigarandır.
O, bildirib ki, fövqəlgüclərin və bəzi region ölkələrinin himayəsi altında olan sionist rejim Livan müqavimətilə müharibənin nəticələrindən və onun öz daxili cəbhəsinə təsirindən qorxur.
Sionist rejimin Suriyadakı məğlubiyyətinə toxunan Livan Hizbullahının baş katibi deyib ki, sionistlər Suriyaya hücumla, müqavimət mehvərinin qabiliyyətlərinin artmasının qarşısının alınması üzrə məqsədlərinə çata bilməyiblər.