İraqda ABŞ hərbçiləri karvanına üçüncü hücum
Məlumatlı mənbələr ABŞ ordusunun üçüncü hərbi dəstək karvanının İraq paytaxtında hədəfə alınmasından xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün Bağdad şəhərində amerikan koalisiya karvanına üçüncü hücum edilib.
Hələ ehtimal olunan tələfat və ya xəsarətin detalları, həmçinin hücumun dəqiq koordinatları elan olunmayıb.
Amerikalı hərbçilərin karvanına ilk hücum bu gün İraqın Ziqar vilayətində əldəqayırma partlayıcı qurğularla edilib və ondan iki saat sonra ikinci hücum İraqın Babil vilayətində baş verib.
Bəzi iraqlı medialar bildirirlər ki, «Səraya Qasim Əlcəbbarin» adlı qrup üçüncü hücumun məsuliyyətini üzərinə götürüb və bildiribdir ki, bu əməliyyatların təsvirləri tezliklə yayılacaq.
Cari milad ili boyunca İraqda əldəqayırma partlayıcı qurğularla amerikan koalisiya karvanlarına qarşı onlarla hücumun edilməsi barədə məlumat daxil olub.