Sionist rejim qərb sahilində qəsəbə salmağa çalışır
-
Sionist rejim qərb sahilində qəsəbə salmağ
Sionist rejim başçıları qərb sahilinin şimalında yerləşən Cenin şəhərində yeni bir qəsəbəsalma mərkəzinin inşasına start veriblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Sionist rejim başçıları bir qəsəbəsalma mərkəzinin inşasına başlamaq üçün Cenin şəhərinin cənub-qərbinin yaxınlığında yerləşən «Bərtəə» yoxlama-buraxılış postunun yaxınlığındakı bir dağlıq bölgədə konteynerlər yerləşdirməkdədirlər.
Sionist rejimin baş naziri Neftali Bennet bu vəzifəyə keçdikdən sonra bütün qərb sahili bölgələrində sionist qəsəbəsalmanı himayə edəcəyinə söz verdi.
BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur. Bununla belə, bu rejim fələstinlilərin evlərini dağıdıb, sionist qəsəbələr salmaqla öz hegemonçuluğunu davam etdirir.