Sen 11, 2021 18:22 Asia/Baku
  • Ərbəin üçün 80 min viza ayrılıb

İraqın baş naziri bu ölkənin nazirlər kabinetinin növbədənkənar iclasında oktyabr parlament seçkilərinin keçirilməsi üçün bütün zərurətlərin təkmilləşdirildiyini bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Mustafa Əlkazimi qeyd edib ki, seçklər İraqın problemləri üçün yeganə həll yoludur.

«Biz Ərbəin mərasimində iştirak məqsədilə islami ölkələr üçün səksən min viza ayırmışıq və nazirlər kabinetinin katibliyinə göstəriş vermişik ki, lazımi tədbirlərin görülməsi və bütün səhiyyə protokollarına riayətlə bütün xarici ölkələrdən hörmətli zəvvarların girişinin asanlaşdırılması üçün bu məsələni tez bir zamanda səfirliklərə elan etsin.»-deyə, Əlkazimi bildirib.

İraqın baş naziri seçkilər barədə də danışıb. Bildirib ki, seçklər İraqın problemləri üçün yeganə həll yoludur və xüsusən təhlükəsizlik, sağlamlıq və beynəlxalq nəzarət sahələrində bütün zərurətlər təkmilləşdirilibdir.

İraq parlament seçkiləri oktyabrın onunda keçirilməlidir.

Teqlər