Livanda yeni hökumətin təşkilini alqışlayırıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381066-livanda_yeni_hökumətin_təşkilini_alqışlayırıq
Livan Hizbullahının baş katibi bu ölkənin yeni hökumətin təşkilini alqışladığını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 14, 2021 08:45 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi bu ölkənin yeni hökumətin təşkilini alqışladığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, «Biz yeni hökumətin təşkilini alqışlayır və bu mühüm məsələdə rol oynamış bütün şəxslərə təşəkkür edirik»-deyə, Seyid Həsən Nəsrullah dünən gecə bildirib.

Livan Hizbullahının baş katibi sonra deyib kii, hazırkı hökumətin prioriteti, xalqın məişəti,/ islahatların aparılması və ölkənin dağılmaqdan xilas edilməsi olmalıdır.

Nəsrullah çıxışının digər bir hissəsində İrandan Livana yanacaq daşıyan gəmilər məsələsinə toxunub. Bildirib ki,/ «gəminin göndərilməsi vədi media istehlakı üçündür və reallaşmayacaqdır» deyən/ və sionistlərin gəmiləri hədəfə alacaqlarına ümid bəsləyən bəzilərinin hesablamaları yanlış çıxdı.

O sonra deyib ki, sionist rejim çətin vəziyyətdədir və mövcud çəkindiricilik parametri birinci gəminin gəlib çatmasını himayə etdi.

Nəsrullah həmçinin bildirib ki, İrandan benzin daşıyan üçüncü gəminin göndərilməsi üzrə idarə işləri həyata keçirilib və dördüncü gəmi də dizel yanacağı daşıyacaqdır.