İranın beşinci yanacaq karvanı Livandadır
İrandan Livana dostluq köməyi
İrandan yanacaq daşıyan dörd karvanın Livan ərazisinə daxil olmasından sonra Livan mediaları xəbər veriblər ki, İranın beşinci yanacaq karvanı da Livan ərazisinə daxil olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Yanacaq aparan karvanların Livan ərazisinə daxil olmalarının fonunda qeyd etmək lazımdır ki, Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hüseyn Aşurası münasibətilə etdiyi çıxışında İrandan Livana yanacaq daşıyan gəmilərin hərəkətindən xəbər verdi.
Ondan sonra livanlı mənbələr sentyabrın on altısında xəbər verdilər ki, İrandan mazut daşıyan tankerlərindən ilk karvan Əlhirmil-Əlqusəyr quru sərhədi yolu ilə Livana daxil olub.
Livan Amerikanın sanksiyaları nəticəsində il yarım bundan öncədən bəri iqtisadi durumun ağırlaşması, o sıradan yanacaq çatışmazlığı ilə üzləşir. Böhranı aradan qaldırmaq bu ölkə orqanlarının dağılmasının qarşısını almaq üçün bir qrup livanlı iş adamı Hizbullah vasitəsilə İrandan yanacaq satın alıbdır.
Özünün ən son çıxışında da İrandan dizel yanacağı daşıyan gəminin də qarşıdakı bir neçə gün ərzində Suriyanın Baniyas limanına daxil olacağını bildirən Livan Hizbullahının baş katibi demişdi ki, İrandan benzin daşıyan üçüncü gəminin göndərilməsi üzrə idarə işləri də həyata keçirilib… Dördüncü gəmi isə dizel yanacağı daşıyacaq və sonradan göndəriləcəkdir… Yeni hökumət sonrakı gəmilər haqda qərar çıxaracaq.