Sen 27, 2021 16:59 Asia/Baku
  • Fələstinin İslami Cihad Hərəkatı sionist rejimə xəbərdarlıq edib

Fələstinin İslami Cihad Hərəkatı 5 fələstinli mübarizin şəhadətinə reaksiyada vurğulayıb: "Qərb sahilinin "Ramullah" və "Cenin" şəhərində sionistlərin atəş açması nəticəsində şəhid olan fələstinlilərin qanı hədərə getməyəcək".

SəhərAzəri-nin məlumatına əsasən, İslami Cihad Hərəkatı bir bəyanat yayaraq, sionist rejimə xəbərdarlıq edib ki, işğalçılar Fələstin torpağına və millətinə qarşı törətdikləri bütün cinayətlərin və terrorçu hərəkətlərin bədəlini ödəyəcəklər.

İslami Cihad Hərəkatı öz bəyanatında vurğulayıb: "Sionist rejimin cinayətləri xalqın daha çox müqavimətin kənarında olmasına səbəb olacaq və şəhidlərin qanı, silahlanaraq, vətənlərini və ləyaqətlərini müdafiə etmək uğrunda bütün azadələr üçün bir mayak olacaq".

Sionist rejim hərbşiləri dünən səhər saatlarında, "Yəmam" adı ilə tanınan edam dəstəsinin dəniz piyadalarının müşayiəti ilə Qərb sahilinin bir neçə bölgəsinə, o cümlədən Cenin və Berqin şəhərlərinə hücum edərək, fələstinli mübarizlərlə toqquşublar ki, nəticədə 5 fələstinli şəhid olub. 

Məlumata əsasən, bu toqquşmalarda ən azı iki sionist hərbçisi müqavimətin mübarizləri tərəfindən yaralanıbdır ki, onların vəziyyətinin ağır olduğu bildirilir.

Media mənbələri keçən həftədə Nablus şəhərində sionist hərbçilərlə fələstinlilər arasında baş verən toqquşmada bir fələstinlinin şəhid olması və 28 nəfərin yaralandığını bildiriblər.

İsrail rejiminin fələstinlilərə qarşı cinayətləri Neftali Bennetin koalision hökumətinin işə başlaması ilə daha da kəskinləşib. 

Teqlər