Sen 27, 2021 19:47 Asia/Baku
  • Rusiya rəsmisi Suriyada terrorçuların varlığının davam etməsini qınayıb

Kremlin mətbuat katibi terrorçuların Suriyada mövcudluğunun davam etməsini təhlükəli və qəbul edilməz adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalına verdiyi müsahibədə deyib: "Təəssüf ki, terrorçuların Suriyanın şimal-qərbində və İdlib bölgəsində aktivliyi davam edir. Bu təhlükəli və qəbuledilməzdir".

Kremlin mətbuat katibi bunun Suriya məsələsinin siyasi həllinin gedişatına mənfi təsir göstərəcəyini vurğulayıb.

Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın şimal-qərbi və İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün sentyabrın 29-da  Soçi şəhərində görüş keçirəcəyini açıqlayıb.

"Hümeymim" bazası bu yaxınlarda "Ən-Nüsrə Cəbhəsi" terrorçularının Suriyanın İdlib şəhərində gərginliyin azaldılması zonası geniş hücumlarından xəbər verib. 

 Suriyanın İdlib şəhərində gərginliyin azaldılması zonası İdlib vilayəti, həmçinin Hələb, Həmah və Laziqiyyə vilayətlərinin bəzi hissələrini əhatə edir. Bu bölgələrdə Ən-Nüsrə Cəbhəsi terrorçuları və Türkiyəyə bağlı silahlı ünsürlər fəaliyyət göstərirlər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, Suriya və Türkiyə orduları arasında gərginliyin artmasından sonra, 2020-ci il martın 5-dəMoskvada İdlib vilayətində atəşkəslə bağlı razılıq əldə ediblər. 

Suriyalı mənbələrə görə, Türkiyə ordusu İdlibin bəzi bölgələrində yerləşərək, hələ də terrorçu qruplaşmalara dəstək verməyə davam edir. Suriya hökuməti bu qüvvələrin mövcudluğunu işğal kimi qiymətləndirir və onların dərhal geri çəkilməsinin vacibliyini vurğulayır.

Teqlər