İraq parlamenti buraxılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381857-İraq_parlamenti_buraxılıb
İraq parlamentinin sədri bir məlumat yayıb və rəsmən bu ölkənin dördüncü parlamentinin işinə son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2021 11:38 Asia/Baku
  • İraq parlamenti buraxılıb
    İraq parlamenti buraxılıb

İraq parlamentinin sədri bir məlumat yayıb və rəsmən bu ölkənin dördüncü parlamentinin işinə son qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Əlhəlbusi bildirib ki, parlament seçkiləri zamanının yaxınlaşması və dördüncü çağırışın bitməsilə parlament rəsmi şəkildə öz işini başa vurub və bu gün səhərdən buraxılmış elan olunur.

İraq parlamentinin üzvləri cari il aprelin 9-da parlamentin oktyabrın yeddisində buraxılması və seçkilərin oktyabrın onunda keçirilməsi ilə öz razılıqlarını elan etmişdilər.

İraq xalqı parlamentin 329 üzvünü seçmək üçün oktyabrın onunda seçki məntəqələrinə gedəcək.