Livan Rusiyaya xahişlə müraciət edib
Okt 29, 2021 19:18 Asia/Baku
Livan rəsmi şəkildə Rusiyadan istəyibdir ki, Beyrut limanında baş vermiş ağır partlayış haqda öz peyk təsvirlərini bu ölkənin ixtiyarına qoysun.
SəhərAzəri-nin məlumatına əsasən, Mişel Oun bunu bu gün rəsmi surətdə Rusiyanın Beyrutdakı səfirindən istəyib.
Belə bir halda, qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün bundan öncə Livana kömək üzrə hazırlığını bildirmiş və belə söyləmişdi: Beyrut limanında baş vermiş partlayış haqda təhqiqat sahəsində kömək tərzini araşdıracaq və əgər peyk təsvirləri əldə olunarsa, onu təqdim edəcəyik.
2020-ci il avqustun dördündə Beyrut limanında baş verən faciəli partlayışda azı 214 nəfər öldü, 6500 nəfərdən çox insan da yaralandı.