Fərdahinin istefa verməsi üzrə təzyiqlər pislənib
Okt 29, 2021 19:35 Asia/Baku
«Cəbəl Amil» din alimləri birliyi Livan informasiya nazirinin son mövqeyinə dəstəyilə bildirib ki, Fərdahinin istefa verməsi üçün göstərilən təzyiqlər Livan hakimiyyətinə təcavüzdür.
SəhərAzəri-nin məlumatına əsasən, Livanın informasiya naziri Corc Fərdahi son zamanlar bir televiziya proqramında təcavüzkar səud koalisiyasının Yəməndəki militarizmini pisləmiş və bildirmişdi ki, Ənsarullah hərəkatı müharibə illərində bu koalisiyanın hərəkətləri qarşısında yalnız özünü müdafiə edibdir.
Ərəbistana yaxın medialar Fərdahiyə son dərəcə hücum ediblər.