Okt 30, 2021 13:43 Asia/Baku
  • Sionist rejimin atom elektrik stansiyasının çox aydın ilk peyk görüntüləri yayımlanıb

Bu yaxınlarda bir amerikan şirkətin işğal olunmuş ərazilərdə həssas mərkəzlərin şəkillərinin dərcini qadağan edən qanunun ləğvinə dair açıqlamasından sonra ivrit dilli media mənbələri sionist rejimin Atom Elektrik Stansiyasının ilk görüntülərini yayaraq, Təl-Əvivin Hizbullahın bu görüntülərdən istifadə etmə ehtimalından narahat olduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ivrit dilli media mənbələri ilk dəfə olaraq, sionist rejimin, Fələstinin işğal olunmuş ərazilərinin cənub-şərqində yerləşən "Dimona" atom elektrik stansiyasının, həmçinin bu rejimin bir neçə hərbi bazasının görüntülərini yayıblar. 

Sionist "Yediot Ahronot" qəzeti bir Amerika şirkətinin yeni xidmətinin köməyi ilə "Dimona" atom elektrik stansiyasının və İsrailin bir neçə hərbi və hava bazasının müxtəlif açılardan və yüksək dəqiqliklə çəkilmiş yeddi fotosunu dərc edib.

Sionist rejim illərlə peyk şirkətlərinə təzyiq göstərməklə, işğal olunmuş Fələstinin bir çox bölgəsindən fotoşəkillərin yayılmasının qarşısını almağa çalışmasına baxmayaraq, dünən bir Amerika şirkəti bu coğrafi ərazinin yüksək detallı görüntülərini təqdim edəcəyini açıqlayıb.

Sionist qəzet əlavə edib: "Təl-Əviv Hizbullah və Həmas kimi qrupların bu mövqelərə hücum etmək üçün bu görüntülərdən istifadə etmə ehtimalından çox narahatdır".

Teqlər