Noy 03, 2021 16:15 Asia/Baku
  • Abdullah Buhəbib
    Abdullah Buhəbib

Livanın xarici işlər naziri Abdullah Buhəbib dünən gecə deyib ki, Ərriyad Livana öz mümkünsüz şəraitini qəbul etdirmək istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Buhəbib bildirib ki, Livan hökuməti Hizbullahın rolunu azaltmağa qadir deyil, zira bu, regional bir məsələdir. Qeyd edib ki, Ərəbistan Hizbullahın rolunu məhdudlaşdırmaq üçün Livan hökuməti vasitəsilə qeyri-mümkün bir şəraiti qəbul etdirmək ardıncadır.

Livanın xarici işlər naziri Ərəbistanla Livan arasındakı problemin həlli üçün vasitəçi ölkə rolu barədə isə belə deyib: Hazırda nəzərdən keçirilən məsələ, Ərriyadla Beyrut arasındakı problemin həlli üçün Qətərin vasitəçilik etməsi ehtimalıdır.

O, Nəcib Miqati hökumətilə Ərəbistan arasında hər cür əlaqəni rədd edib.

Belə bir halda, Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan tamamilə müdaxilə mahiyyətli bir ifadədə iddia edibdir ki, ölkəsinin Livanla diplomatik böhranı yoxdur, amma Hizbullahın Livanın siyasətindəki yiyəliyinə görə, rəsmi Beyrutla anlaşma faydasızdır.

Ötən günlərdə Ərəbistan, əmirliklər, Bəhreyn və Küveyt Livanın informasiya naziri Corc Fərdahinin yeddiillik Yəmən savaşı barədəki çıxışına etirazda öz səfirlərini geri çağırıblar.

Fərdahi nazir olmazdan öncə söylədiyi ifadədə Yəmənə qarşı savaşı əbəs hərəkət adlandırmış və ona son qoyulmasını istəmişdi.

 

Teqlər