Noy 11, 2021 11:56 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Media mənbələri sionist rejim hərbçilərinin işğal olunmuş Qüdsdə yerləşən Əlisaviyyə qəsəbəsinə basqını və fələstinli gənclərlə toqquşmasından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri bu gün səhər saatlarında Əlisaviyyə qəsəbəsinə basqın zamanı fələstinli gənclərə qarşı səs bombaları və gözyşardıcı qazdan istifadə ediblər.

Çərşənbə axşamı günü isə sionist qəsəbə sakinləri neçənci gün dalbadal Məscidüləqsaya basqın ediblər.

Fələstin müqavimət qrupları dəfələrlə sionistlərə onların işğal olunmuş Qüdsdə və qərb sahilindəki düşmənçilik hərəkətləri barədə xəbərdarlıq edib və bildiriblər ki, sionist rejimin fələstinlilərə qarşı repressiyalarının şiddətlənməsi qarşısında susmayacaqlar.

Fələstin müqavimət qruplarının birgə otağı son zamanlar bir bəyanatda sionist rejimin işğal olunmuş Qüdsdə və qərb sahilindəki cinayətlərini kəskin tərzdə pisləyib və vurğulayıbdır ki, sionist rejimin Fələstin xalqına qarşı cinayətləri ona dağıdıcı reaksiyalar verməyi tələb edir.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. İndiyədək bu hücumlarda bir qrup fələstinli şəhid olub və ya yaralanıbdır.

 

Teqlər