Ərəb ölkələri Suriyanın qələbəsini etiraf ediblər
Livan Hizbullahının baş katibi deyib ki, ərəb ölkələri Suriyanın qələbəsini etiraf ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah şəhid günü münasibətilə etdiyi çıxışda bu günü Livan müqavimətinin sionist düşmənə vurduğu ən böyük zərbə adlandırıb.
«Amerikanın regiondakı terror planının uğursuz qalmasında şəhidlərin rolu olub və Hizbullah bu müharibədə qalib gəlibdir»- deyən Livan Hizbullahının baş katibi bildirib ki, ötən günlər və həftələr ərzində Qərb başçılarının Suriya prezidenti Bəşşar Əsədlə təmasları barədə xəbərlər yayıldı ki, bu, Suriyanın qələbəsinin Qərb ölkələri tərəfindən qəbul edilməsi və ərəb ölkələrinin yüzlərlə milyard dollar xərc çəkdikləri planların uğursuz qalmasının ərəb etirafı deməkdir.
Livan Hizbullahının baş katibi sonra belə deyib: Sionist rejimin təkrar hərbi təlimləri göstərir ki, bu rejim Livanın Əlcəlildəki müstəmləkələrə qarşı hücumundan qorxur və elə buna görə, hər ay və hər fəsildə təlim keçirir.