Yəmən ordusu ABŞ PUA-sını vurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i383108-yəmən_ordusu_abŞ_pua_sını_vurub
Yəmən Silahlı Qüvvələri ABŞ-a məxsus "Scan Eagle" tipli PUA-nı Məarib vəlayətində kəşfiyyat uçuşu həyata keçirərkən, vurduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2021 09:16 Asia/Baku
  • Yəmən ordusu ABŞ PUA-sını vurub

Yəmən Silahlı Qüvvələri ABŞ-a məxsus "Scan Eagle" tipli PUA-nı Məarib vəlayətində kəşfiyyat uçuşu həyata keçirərkən, vurduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən Sillahlı Qüvvələrin sözçüsü Yəkya Səri deyib: "ABŞ istehsalı olan bu casusluq PUA-sı Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən Məarib vilayətinin "Əl-Cubə" bölgəsində vurulub.

Yəhya Səri ABŞ PUA-sının uyğun silahla vurulduğunu və yaxın zamanda onun qalıqlarının görüntülərinin yayımlanacağını bəyan edərək, əlavə edib: "Bu PUA, cari ildə Yəmənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan altıncı "Scan Eagle" tipli kəşfiyyat PUA-sdır. 

Yəmən ordusu həmçinin son aylarda bu ölkənin müxtəlif bölgələrində səud koalisiyasının bir neçə pilotsuz təyyarəsini vurub.