Sənanın BMT-yə etiraz notası; Səud koalisiyası Əl-Qaidənin ortağıdır
Yəmənin Milli Əsirlər Komitəsinin sədri bu ölkənin qərb sahillərində səud koalisiyasının muzdluları tərəfindən 10 yəmənli əsirin edam edildiyini və onların Əl-Qaidə terror qruplaşması ilə ortaq olduğunu açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əbdülqadir Əl-Mürtəza deyib: "Səud koalisiyasının muzdluları tərəfindən 10 məhbusun edam edilməsi və onların kəsilmiş bədənlərinin şəkillərinin yayılması Əl-Qaidə liderinin bu terror qruplaşmasının səud muzdluları ilə ortaqlığı ilə bağlı son açıqlamasının təsdiqidir".
"Bu cinayət Əl-Qaidənin Yəməndəki liderinin, bu qruplaşmanın Yəmənin bir neçə cəbhəsində səud koalisiyasının təcavüzünə şərik olması barədə açıqlamalarından bir gün sonra baş verib", - deyə Əl-Mürtəza əlavə edib.
Yəmənin Milli Əsirlər Komitəsinin sədri bu cinayət haqqında bir etiraz notası və bir iş materialının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinə, BMT nümayəndəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərildiyini bildirib və vurğulayıb: "Səud muzdluların cinayəti və törədilən bütün cinayətlər illərin keçməsinə baxmayaraq, sönməyib və günahkarlar cəzalandırılacaq".