İraq seçkilərinin yekun nəticələri Ali Məhkəmənin qərarından asılıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i383773-İraq_seçkilərinin_yekun_nəticələri_ali_məhkəmənin_qərarından_asılıdır
İraqın Qanunun aliliyi koalisiyasının üzvü bütün siyasi qrupların seçkilərin nəticələrinin İraq Ali Məhkəməsi tərəfindən yekun təsdiqini gözlədiyini söyləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 04, 2021 15:34 Asia/Baku
  • İraq seçkilərinin yekun nəticələri Ali Məhkəmənin qərarından asılıdır

İraqın Qanunun aliliyi koalisiyasının üzvü bütün siyasi qrupların seçkilərin nəticələrinin İraq Ali Məhkəməsi tərəfindən yekun təsdiqini gözlədiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın Qanunun aliliyi koalisiyasının üzvü Kate Əl-Rekabi deyib: "Hazırda yeni hökumətin qurulması ilə bağlı "Şiə partiyaları üçün koordinasiya çərçivəsi" ilə "digər siyasi qruplar" arasında heç bir danışıqlar və ya razılaşma yoxdur və "Şiə partiyaları üçün koordinasiya çərçivəsi" kimi tanınan Şiə Koordinasiya Komitəsi yeni hökumətin qurulması danışıqlarına başlamaq üçün seçkilərin nəticələrinin İraq Ali Məhkəməsi tərəfindən yekun təsdiqini gözləyir".