Yan 07, 2022 18:30 Asia/Baku
  • İraqın qərbində İŞİD terrorçularının sursatları aşkar edilib

Media mənbələri İraqın qərbində yerləşən Ələnbar vilayətində İŞİD terrorçularının sursatlarının aşkar edilməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İraq təhlükəsizlik informasiyası bölməsi bildirib ki, dəqiq məlumatlar əsasında və Ələnbar polis qüvvələrinin həmkarlığı ilə həyata keçirilən əməliyyat zamanı Ələnbar vilayətinin Ərrütbə şəhərinin Əlşai rayonunda İŞİD terrorçularına aid olan müəyyən miqdarda sursat aşkar edilib.

Bundan öncə də Həşdüşşəbi qüvvələri Səlahəddin vilayətində İŞİD terrorçularının üç sığınacağını üzə çıxarmışdılar.

 

Teqlər