Livanda etirazçılar elektrik stansiyasına hücum ediblər
Livanlı mənbələr günən axşam etirazçıların Beyrutun yaxınlığında yerləşən elektrik stansiyasına hücumu nəticəsində ümumölkə elektrik cərəyanının kəsilməsindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, İnformasiya mənbələrinin məlumatlarına görə, Livan elektrik şirkəti bildirib ki, etirazçıların «Aramun» elektrik stansiyasına hücumu nəticəsində bütün Livanda elektrik cərəyanı kəsilib.
Hücumçular işığın dalbadal kəsilmələrinə etiraz olaraq qeyd olunan elektrik stansiyasına daxil olublar. Onlar bəzi təsisatlara ziyan vurmaqla Livanda ümumölkə elektrik cərəyanının kəsilməsinə bais olublar.
Belə bir halda, bəzi informasiya mənbələri bu hadisə nəticəsində Beyrut beynəlxalq aeroportunun elektrik cərəyanının kəsilməsindən xəbər veriblər. Sosial şəbəkələrdə bu barədə fotolar yayılıb.