Minlərlə sionist Neftali Bennet hökumətinə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385203-minlərlə_sionist_neftali_bennet_hökumətinə_qarşı_aksiya_keçirib
İvrit dilində yayımlanan bir kanal bildirib ki, işğal olunmuş ərazilərin müxtəlif bölgələrində sağçı partiyanın tərəfdarlarından olan minlərlə sionist Neftali Bennet və Yair Lapidin koalision hökumətinə qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 19, 2022 08:29 Asia/Baku
  • sionist
    sionist

İvrit dilində yayımlanan bir kanal bildirib ki, işğal olunmuş ərazilərin müxtəlif bölgələrində sağçı partiyanın tərəfdarlarından olan minlərlə sionist Neftali Bennet və Yair Lapidin koalision hökumətinə qarşı etiraz aksiyası keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, ivrit dilində yayımlanan "Kan" kanalı əlavə edib: Sionist rejim parlamenti-Knessetin Likud Partiyası və Dini Sionist Partiyasından olan bir sıra üzvlərinin də qatıldığı nümayişdə, etirazçılar şüarlar səsləndirərək, Bennet kabinetini qeyri-qanuni adlandırıblar.

Cümə günü də minlərlə sionist bu rejimin baş nazirinin işğal olunmuş Qüdsdəki ofisi qarşısında aksiya keçirərək, Bennet hökumətinin devrilməsini tələb edib.

Etirazçılar öz şüarlarında Neftali Bennetin kabinetini "şər kabinet" adlandırıblar.

Bennetin kabineti iyunun 13-də and içərək, Benyamin Netanyahunun 12 illik hakimiyyətinə son qoyub.

Bennet və Lapide belə bir razılığa gəliblər ki, 2023-cü ilin sentyabrına qədər Bennet baş nazir olacaq, bundan sonra isə 2025-ci ilin noyabrına qədər Lapid bu vəzifəni icra edəcək. 

Keçmiş baş nazir Benyamin Netanyahu və İsrail rejiminin hazırki müharibə naziri Benny Qantz da 2020-ci ildə koalisiya hökuməti yaratdılar, lakin bu hökumət doqquz aydan az davam etdi və dağıldı.