Yan 25, 2022 12:56 Asia/Baku
  • basqın ediblər
    basqın ediblər

Sionist qəsəbə sakinlərindən bir qrupu qəsbkar rejim hərbçilərinin himayəsi altında İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin cənubuna basqın edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist qəsəbə sakinlərinin Nablus şəhərinin cənubunda yerləşən Həvarə kəndinə qarşı basqını zamanı bir qrup fələstinli yaralanıb, bəzi fələstinlilər də vurulmuş yaraların ağırlığı nəticəsində xəstəxanaya köçürülüblər.

Fəth hərəkatının sözçüsü deyib ki, sionist qəsəbə sakinləri bu kənddəki yürüşləri zamanı əlliyə yaxın avtomobili və ticarət məkanlarının şüşələrini daşla sındırıb və dağıdıblar.

Digər tərəfdən, 57 yaşlı fələstinli Fəhmi Həməd də sionist hərbçilərin işğal olunmuş Qüdsdə yerləşən Qələndiya düşərgəsinə qarşı basqını zamanı şəhid olubdur.

Sionist hərbçilər və sionist qəsəbə sakinləri hər gün müxtəlif bəhanələrlə məzlum fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.

 

Teqlər