Livan sionist rejimdən BMT-yə şikayət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385608-livan_sionist_rejimdən_bmt_yə_şikayət_edib
Media mənbələri Livanın, hava məkanının sionist rejim tərəfindən pozması ilə bağlı BMT-yə şikayət etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2022 16:49 Asia/Baku
  • BMT
    BMT

Media mənbələri Livanın, hava məkanının sionist rejim tərəfindən pozması ilə bağlı BMT-yə şikayət etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Bu barədə "Rusiya Əl-Youm" məlumat yayıb.

Məlumata əsasən, Livan prezidenti Mişel Aun bu ölkənin xarici işlər naziri Abdullah Buhəbibi Livanın hava məkanını pozduğuna və Suriyaya hücum üçün onun hava məkanından istifadə etdiyinə görə sionist rejimi məhkəməyə verməyə çağırıb.

Suriya və Livan mediası bu gün səhər sionist qırıcıların Dəməşq ətrafındakı bölgələri hədəfə almaq üçün Livanın hava məkanından istifadə etdiyini və onların atdığı bir sıra raketlərin Suriya ordusunun hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğunu bildirib.