İraqda prezident seçkisinin uğursuz olmasından sonra namizədlərin təkrar qeydiyyatı başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385806-İraqda_prezident_seçkisinin_uğursuz_olmasından_sonra_namizədlərin_təkrar_qeydiyyatı_başlayıb
İraq parlamenti bildirib ki, prezidentin seçilməsi üçün bir aylıq müddətin sona çatması səbəbindən namizədlər çərşənbə günündən etibarən üç günə qədər yenidən qeydiyyatdan keçə bilərlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2022 08:54 Asia/Baku
  • İraqda prezident seçkisi
    İraqda prezident seçkisi

İraq parlamenti bildirib ki, prezidentin seçilməsi üçün bir aylıq müddətin sona çatması səbəbindən namizədlər çərşənbə günündən etibarən üç günə qədər yenidən qeydiyyatdan keçə bilərlər.

SəhərAzəri-nin məlumatına əsasən, İraq parlamentinin bəyanatında deyilir ki, parlamentin spikeri Məhhəmməd Əl-Həlbusinin bu qərarı, dövlət başçısının seçilməsi üçün müəyyən edilmiş konstitusiya müddətinin başa çatması ilə əlaqədar verilib.

İraq konstitusiyasına görə, yeni prezidentin seçilməsi üçün qanuni müddət parlamentin ilk iclasından 30 gün sonradır. Bazar ertəsi (7 fevral) 25 namizəd arasından yeni prezidentin seçilməsi üçün ikinci iclas keçirildi, lakin bu iclas nəticəsiz başa çatdı. 

İclas deputatların yetərsayda olmadığına görə, rəsmiləşdirilməyib və iclası müşavirə və müzakirə iclasına çevirib, bundan sonra deputatlar iclası tərk ediblər. 

İclasda 329 deputatdan yalnız 58-i iştirak ediblər. Əl-Sədr Fraksiyası, Kürdüstan Demokratik Partiyası, sünnilərin birgə koalisiyası və türkmənlərin fraksiyası iclası boykot etmişdilər.