Fev 09, 2022 16:50 Asia/Baku
  • Nəsrullah
    Nəsrullah

Livan Hizbullahının baş katibi: "İran böyük regional güc və dünyada nüfuzlu ölkədir".

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Əl-Aləm kanalına veridiy müsahibədə imam Xomeyninin (r.ə) İrana qayıdışı zamanı xalqın sevincinin Fəcr Ongünlüyünün gözəl cilvələrindən biri olduğunu bildirirərək, deyib: "İran hazırda böyük bir regional gücdür və təkcə regional hadisələrdə deyil, həm də dünyada nüfuz sahibidir". 

Seyid Həsən Nəsrullah qeyd edib ki, İran bu gün real müstəqilliyə və suverenliyə mailk bir ölkədir və dünyada bu baxımından bir modeldir". 

O, həmçinin İslam İnqilabının Ali Məqamlı Rəhbərini tərifləyərək, deyib: "O, həzrətin dahiyanə rəhbərliyi bu ölkəni bütün sahələrdə inkişaf etdirib".

Seyid Həsən Nəsrullah əlavə edib: "İran pəhləvi dövründə amerikalılar tərəfindən idarə olunurdu, amma İslam İnqilabı şah rejiminin devrilməsi və ABŞ-ın İrandan tamamilə qovulması ilə nəticələndi, necə ki, sionist rejimi də İrandan qovdu". 

O, bir daha vurğulayıb ki, İran regionda böyük bir gücdür və onunla hər hansı bir müharibə bütün regionda partlayışla nəticələnəcək. 

Seyid Həsən Nəsrullah bu gün ABŞ-ın prioritetinin İranla müharibə olmadığını bildirib və deyib: "Vaşinqtonun prioriteti başqa yerdə və Rusiya və Çin ilə qarşıdurmadır".

O, söhbətlərinin digər bir hissəsində ABŞ-ın İranla hazırkı düşmənçiliyinin səbəbinə toxunub və deyib: "Amerikanın İranla düşmənçiliyinin əsas səbəblərindən biri də odur ki, İrandakı hökumət müstəqil və azadə bir seyyidin hökumətidir ki, ölkəsinin sərvətlərinin talan edilməsinə imkan vermir".

Teqlər