İran-İraq Birgə İstintaq Komitəsinin üçüncü iclası sona çatıb
-
İran-İraq Birgə İstintaq Komitəsi
Şəhidlər Süleymani və Əbu Medi Əl-Mühəndisə qarşı terror aktının araşdırılması üzrə İran-İraq Birgə İstintaq Komitəsinin Bağdadda keçirilən üçüncü iclası sona çatıb
SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, bu gün şəhid general Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisə qarşı terror aktının araşdırmaq üzrə İran-İraq Birgə Məhkəmə Komitəsinin 3-cü iclası Bağdadda sona çatıb.
Komitənin yaydığı bəyanata əsasən, bu görüşdə iki ölkənin İstintaq Komitələri arasında birgə görüşlərin davam etdirməsi və cinayətin əsl səbəbkarlarının müəyyən edilməsi üçün sənədlərin mübadiləsinin zəruriliyi vurğulanıb.
İran-İraq Birgə İstintaq Komitəsinin ilk iclası ötən ilin noyabrında Bağdadda, ikinci iclası isə ötən ilin dekabrında Tehranda keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvlərinin komandanı general-leytenant Hacı Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəbinin komandir əvəzi Əbu Mehdi Əl-Mühəndis digər 8 nəfərlə birlikdə 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildilər.