Fev 13, 2022 17:43 Asia/Baku
  • Huşyar Zibari
    Huşyar Zibari

İraqın federal məhkəməsi İraq Kürdüstanı Demokrat Partiyasının İraq prezident seçkilərinə namizədi- Huşyar Zibarinin səlahiyyətini rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhkəmə Huşyar Zibarinin namizədliyini İraq əsas qanununa zidd adlandırmış Əli Turki Cəsum, Dilan Qəfur Salih, Karvan Əli Yarvis və Kərim Şəkur Muhəmməd adlı dörd parlament üzvünün şikayətinin ardınca müvəqqəti surətdə onun namizədliyini dayandırıb.

İraqın federal məhkəməsi bu gün müxaliflərin şikayətlərini dinləyib, araşdırdıqdan sonra Huşyar Zibarinin prezidentliyə namizədliyini qanunsuz elan edib və bu namizədliyin ləğvi haqda hökm verib.

Zibari 2016-cı ildə korrupsiya işlərinə malik olduğuna görə, İraq maliyyə naziri vəzifəsindən kənara qoyulmuşdu.

Teqlər