Sionistlər "Şeyx Cərrah" məhəlləsinə basqın ediblər; 31 fələstinli yaralanıb
Xəbər mənbələri sionist hərbçilərin Şeyx Cərrah məhəlləsində yaşayan fələstinlilərə qarşı vəhşicəsinə hücumu zamanı ən azı 31 fələstinlinin yaralandığından xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Cəzirə" telekanalı işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsində toqquşmaların baş verdiyini və sionist həbçilərin fələstinlilərə hücum etdiyini bildirib.
Məlumata görə, indiyədək ən azı 31 fələstinli yaralanıb, 12 nəfər isə saxlanılıb.
Sionist rejimin Qüdsdəki zorakılığının yeni mərhələsi fonunda Avropa İttifaqı bunu pisləyib və vurğulayıb ki, Şeyx Cərrah məhəlləsində sionist qəsəbə sakinlərinin zorakılığı, məsuliyyətsiz təxribatları və vəziyyəti gərginləşdirən hərəkətləri dayandırılmalıdır.
Avropa İttifaqı Şeyx Cərrah məhəlləsində baş verən son hadisələrdən narahatlığını bildirərək, deyib: "Biz İsraili Şərqi Qüdsdə zorakılığın artmasını dayandırmağa çağırırıq".
Həmas və İslami Cihad hərəkatları da ayrı-ayrı bəyanatlarda Qüdsdəki işğalçı rejimə sionist qəsəbə sakinləri və hərbçilərin Şeyx Cərrah məhəlləsinin sakinlərinə qarşı təcavüzünün nəticələri barədə xəbərdarlıq ediblər.