Rusiyanın müdafiə naziri Suriya prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385984-rusiyanın_müdafiə_naziri_suriya_prezidenti_ilə_görüşüb
Rusiyanın müdafiə naziri yüksək rütbəli hərbi heyətin başında Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2022 18:17 Asia/Baku
  • Bəşər Əsəd
    Bəşər Əsəd

Rusiyanın müdafiə naziri yüksək rütbəli hərbi heyətin başında Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu görüşdə Şoyqu Suriya lideri Bəşşar Əsədə Rusiya hərbi donanmasının Suriyanın Tərtus limanından həyata keçirdiyi hərbi dəniz təlimlərinin gedişi barədə məlumat verib. Tərəflər, həmçinin Rusiya və Suriya orduları arasında mövcud əməkdaşlıq, xüsusilə də terrorla mübarizə sahəsində fikir mübadiləsi aparıblar.

Nazir Şoyqu ölkəsinin terrorizm ilə mübarizə sahəsində bütün torpaqları üzərində suverenliyi bərpa olunana qədər Suriya ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Rusiya, Ukrayna və Qərb ölkələri arasında gərginliyin artdığı bir dönəmdə Suriyaya səfər edən Rusiyanın müdafiə naziri, həmçinin Aralıq dənizinin şərqində və Tərtus limanından həyata keçirilən Rusiyanın hərbi dəniz təliminin gedişatı ilə tanış olmaq üçün Suriyadakı Hmeymim aviabazasına baxış keçirəcək.