Sionistlərin Nəsrullahın sözlərinə reaksiyaları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i386014-sionistlərin_nəsrullahın_sözlərinə_reaksiyaları
Sionist media və analitiklər bildiriblər ki, Hizbullahın baş katibinin dünənki çıxışı oyun qaydalarının və tarazlığın dəyişdirilməsi deməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2022 08:36 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Sionist media və analitiklər bildiriblər ki, Hizbullahın baş katibinin dünənki çıxışı oyun qaydalarının və tarazlığın dəyişdirilməsi deməkdir.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin bir çox mediası Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın müqavimətin şəhid komandanlarının anım mərasimindəki dünənki çıxışını işıqlandırıb və bu çıxışın Hizbullahın dəqiqvuran raket istehsalı bacarığı ilə bağlı hissəsi üzərində təmərküzləşib.

Sionist rejimin on ikinci telekanalı Nəsrullahın çıxışının bu hissəsini yayıb: «Düşmənə deyirəm: Biz minlərlə raketiimizin bir çox hissəsini dəqiqvuran raket etmək bacarığını əldə etmişik. Bu işə bir neçə il bundan qabaq başlamışıq və öz raketlərimizi dəqiqvuran raketlər etmişik. Daha onları İrandan köçürməyə ehtiyacımız yoxdur».

Sionist «Kan» telekanalının ərəb məsələləri üzrə analitiki Rui Kays da deyibdir ki, Nəsrullah açıq şəkildə bildirdi ki, İsrail rejimi məhv olacaq.

Qərbi Asiya və İran məsələləri üzrə analitik Deni Sitrinoviç isə belə deyib: Hizbullahın baş katibinin sözlərindən belə başa düşmək olar ki, İsrail rejiminin öz oyun qaydalarını qoruyub saxlaması üçün müharibələrarası döyüşlər davam etməyəcək və bu məsələ İsrail rejiminin Suriyaya hücumlarına aiddir.

Seyid Həsən Nəsrullah dünənki çıxışında deyib: Məhz 2006-cı ildə o böyük İsrail süqut etdi. Bu rejimin ümumi yolu bir tənəzzül yoludur və bu, təkcə mənim dəyərləndirməm deyil- düşmənin yüksək çinli başçıları, bu rejimin filosofları və baş nəzəriyyəçilərinin bir çoxu bu sözləri deyir. Biz İsrail rejimini məhvolma yolunda görürük və burada yalnız zaman məsələsindən söz gedir.