Qəsb olunmuş ərazilərdə həyəcan siqnalları səsləndirilib
Sionist rejim mənbələri işğal olunmuş ərazilərin şimalındakı bir neçə nöqtədə həyəcan siqnallarının səslənməsi və bir və ya iki PUA-nın bu bölgələrə daxil olmasının ardınca “dəmir qübbə”nin fəallaşmasından xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, İbridilli medialar bu gün axşam bildiriblər ki, “Cəlil Olya” və qəsb edilmiş Cövlan qəsəbələrində həyəcan siqnalları səslənib və sionist rejim ordusu siqnalların fəallaşmasının səbəbini araşdırmaqdadır.
Az sonra ibridilli medialar bir daha xəbər veriblər ki, təhlükə siqnalları ikinci dəfə olaraq, “Təbariya”nın şimalında səslənib və Təl-Əvivin qırıcıları qəsb edilmiş Cövlanda havaya qalxıblar.
Bəzi ibridilli medialar da işğal olunmuş Fələstinin şimalında partlayış səsinin eşidilməsindən xəbər veriblər.
Ondan sonra “Qolgelts” adlı sionist rejim radiosu bir reportajda bir PUA-nın işğal olunmuş Fələstin ərazisinə daxil olmasını təsdiq edib.
Eyni zamanda, sionist rejim ordusunun sözçüsü Avixay Adrai bir bəyanatda bildirib ki, PUA-nın Livan istiqamətindən işğal olunmuş Fələstin ərazisinə daxil olmasından sonra “dəmir qübbə” fəallaşıbdır.
Bəzi informasiya mənbələri də iki pilotsuzun işğal olunmuş Fələstin ərazisinə daxil olmasından xəbər veriblər.
QƏSB OLUNMUŞ ƏRAZİLƏRDƏ HƏYƏCAN SİQNALI