Ən-Nücəba: "Mossad İraqı parçalamaq üçün Ərbilə sığınıb"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i386914-Ən_nücəba_mossad_İraqı_parçalamaq_üçün_Ərbilə_sığınıb
İraq-ın "Ən-Nücəba" hərəkatının baş katibi deyib: "Ərbil hökumətinin Mossad ünsürlərinə sığınacaq verməsi istənilən tərəflərə bu sionist casusları hədəfə almaq hüququ verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2022 10:51 Asia/Baku
  • Şeyx Əkrəm Əl-Kəəbi
    Şeyx Əkrəm Əl-Kəəbi

İraq-ın "Ən-Nücəba" hərəkatının baş katibi deyib: "Ərbil hökumətinin Mossad ünsürlərinə sığınacaq verməsi istənilən tərəflərə bu sionist casusları hədəfə almaq hüququ verir.

SəhərAzəri-nin məlumatına əsasən, Şeyx Əkrəm Əl-Kəəbi deyib: "Ərbil əməliyyatı tanınmış bir ailənin qucağında olan sionistlərin yuvalarını hədəfə alıb".

O, əlavə edib: Barzani ailəsi İraqı zəiflətmək və parçalamaq, bununla da İraq Kürdüstanı bölgəsini İraqdan ayırmaq üçün onun düşmənlərinə sığınacaq verir. 

Əl-Kəəbi İraq Kürdüstanında Mossad-ın varlığını araşdırmaq üçün bir komitə yaratmaq çağırışını alqışlayaraq, deyib: "Bu Komitə İraqın Ərbil hökuməti üzərində suverenliyini möhkəmləndirməli və onun üsyanına son qoymalıdır".

O, bəzilərinin Ərbildə Mossadın varlığından xəbərsiz olduğu iddiasının təəccüblü olduğunu bildirib və deyib: "Məsələ tam aydındır. İŞİD-ə və İsrail Mossadına qarşı bizimlə birlikdə dayanan insanlara təşəkkür edirik və Ərbil əməliyyatında bir neçə itkinin olması ilə bağlı təsdiqlənmiş məlumatlar almışıq".