İran Livanda iki elektrik stansiyasının inşasına hazırdır
Əmir-Abdullahian Beyruta daxil olarkən İran-Livan əlaqələrini yüksək qiymətləndirib. Deyib ki; Livanla ticari-iqtisadi əməkdaşlıqların davam etdirilməsi, həmçinin bu ölkədə min meqavatlıq iki elektrik stansiyasının inşasına hazırıq.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün axşam regional səfərinin ikinci məqsədində Suriydan sonra Livana daxil olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian söyləyib: Bir ay bundan öncə Münhendə Livanın baş naziri cənab Nəcib Miqati ilə keçirdiyim görüşdə ona, İran İslam Respublikasının min meqavatlıq iki elektrik stansiyasının inşasına və ticari-iqtisadi əməkdaşlıqları hərtərəfli şəkildə genişləndirməyə hazır olduğunu bildirdim.
Əmir-Abdullahian Beyruta daxil olarkən müxbirlər qarşısında Livanın böyük və müqavimətli xalqına deyib: Mən həmkarlarımla yanaşı Beyrutdayıq ki, uca səslə demiş olaq: İran İslam Respublikası Livana olan dəstəklərini davam etdirəcək. Biz Livana qarşı sanksiyaları sındırmaq üçün var gücümüzlə Livan xalqının kənarında qalacağıq.
İran İslam Respublikasının xarici işlər naziri Beyruta səfərinin sonunda və livanlı rəsmilərlə məşvərətdən sonra bir tvittdə yazıb: Livanın yüksək vəzifəli rəsmiləri, partiya sədrləri və elitası ilə mühüm danışıqlarım oldu. Hizbullahın baş katibi ilə də məşvərət üzrə faydalı vaxtlar keçirdik. Yeni hökumətin təşkili münasibətilə bütün livanlıları təbrik etdim. Əməkdaşlıqların inkişaf sahələri hazırdır. Sərt günlərdə Livana dəstək verib, yardım etməyə hazırıq.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu səfərdə Beyrutda yerləşən fələstinli qrupların rəhbərləri və fələstinli şəxsiyyətlərlə görüşüb.