İraq Təhlükəsizlik Şurası: Biz dini şəxsiyyətlərin təhqir olunması qarşısında möhkəm dayanırıq
İraq Milli Təhlükəsizlik Nazirləri Şurası dini şəxsiyyətlərin təhqir olunmasına qətiyyətlə qarşı olduqlarını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İraq-ın Kürdüstan Demokratik Partiyasına mənsub olduğu deyilən "Nayif əl-Kürdüstani" adlı bir şəx bazar günü qeyri-ərəb dini mərcələr haqqında olduqca təhqiramiz və qalmaqallı bir tvit dərc edib ki, şiə qruplarının reaksiyasına və qəzəbinə səbəb olub.
"Məvazin Nyuz"un məlumatına görə, İraq baş naziri Mustafa Əl-Kaziminin rəhbərlik etdiyi iclasda İraq Milli Təhlükəsizlik Nazirləri Şurası vətəndaş sülhü və vətəndaşların həyatını pozan hər hansı təhdidləri rədd edib.
Şura təhlükəsizlik vəziyyətinin və silahlı qüvvələrin hazırlığının hərtərəfli nəzərdən keçirilməsi, həmçinin İŞİD qalıqlarının təqib edilməsində təhlükəsizlik əməliyyatlarının gedişi ilə bağlı məlumatlandırılıb.
Əl-Kazimi İraq küçələrində siyasi böhranların hər hansı mənfi əks olunmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, təhlükəsizlik qüvvələrinə vətəndaşların və onların əmlakının təhlükəsizliyini təmin edən qaydada təhlükəsizlik tədbirlərinin görülməsini, ehtiyatlı davranmağı və üzərinə düşən vəzifələri yerinə yetirməyi tapşırıb.