Apr 08, 2022 11:32 Asia/Baku
  • ABŞ ordusu
    ABŞ ordusu

Bir təhlükəsizlik mənbəyi dünən İraqın cənubunda yerləşən Ziqar vilayətində amerikalı terrorçu hərbçilərə aid olan karvanlardan birinin yolunda partlayışın baş verməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Partlayış, bir partlayış paketilə həyata keçirilib, lakin insan tələfatı baş verməyibdir.

«Əshabulkəhf» qrupu da bir şəkil yaymaqla bu əməliyyatın məsuliyyətini üzərinə götürüb. Vurğulayıb ki, qeyd olunan karvan hərbi təchizatlar daşıyırmış.

Bu hücumlar amerikanların İraqdakı qanunsuz və qəsbkarcasına iştiraklarına bir cavabdır.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkə parlamentinin qərarını yerinə yetirməklə əcnəbi qüvvələri İraqdan qovmalıdır.

İraq parlamentinin əcnəbi qüvvələrin bu ölkə ərazisindən qovulmaları barədəki qərarından və Bağdadın bu məsələni ləngitməsindən sonra amerikan koalisiyanın himayə karvanları həftəlik surətdə, bəzən də bir gün ərzində bir neçə dəfə yol kənarında qoyulan bombaların hədəfinə çevrilirlər.

 

Teqlər